“Bu cür hər işdə naziri dəyişsək, nazirsiz qalacağıq” – Erməni generalbackend

"Bu cür hər işdə naziri dəyişsək, nazirsiz qalacağıq" - Erməni general

“Bu cür hər işdə naziri dəyişsək, nazirsiz qalacağıq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat, general-leytenant Qaqik Melkonyan deyib.

“15 hərbçinin faciəvi ölümündən sonra müdafiə naziri Suren Papikyanın istefaya getməsi düzgün deyil.

Bu, tağım komandirinin, tabor komandirinin, alay komandirinin hərəkətidir, nazirin hərəkəti deyil. Hər dəfə naziri dəyişsək, nazirsiz qalacağıq. Qınamalar məcburi olmalıdır, insanlar öz cəzalarını çəkməlidirlər, 15 nəfər öldürülüb, buna görə insanlar ciddi şəkildə cəzalandırılmalıdır”, – deyə Melkonyan bildirib.

“Kəndin yaşayış evləri niyə hərbi hissə üçün yaşayış yeri kimi xidmət edir” sualına deputat belə cavab verib:

“2020-ci il müharibəsindən sonra belə qərar qəbul edilib. Vardenisdə hərbi hissələr düşmənin hədəfində olanda, bölmələrin müxtəlif kənd evlərində  yerləşdirilməsi barədə qərar qəbul edilib. O başqa məsələdir ki, o evlərdə bütün qaydalara əməl olunmalıdır.

Çərçivəli pəncərələr varsa, ilk növbədə onları sökmək lazımdır. Hər şey qanunla tənzimlənir, onlar hər şeyi qorumalıdırlar”, – deyə Melkonyan bildirib.

P.S. Hiyləgərliyə  baxın. Deməli, ermənilər hərbçiləri evlərdə yerləşdirirlər ki, onların təxribatı zamanı Azərbaycan Ordusunun məcburi cavabı “dinc əhalini atəşə tutmaq” kimi qiymətləndirilsin. Sonra da dünyaya haray salsınlar ki, “qoymayın, öldürdülər”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*