“Bu, danışıqlardan imtina etmək deməkdir” – Simonyandan Qarabağ AÇIQLAMASIbackend

“Bu, danışıqlardan imtina etmək deməkdir" - Simonyandan Qarabağ AÇIQLAMASI

“Arsax Azərbaycanın tərkibində olmayacaq” ifadəsi danışıqlara mane ola bilər”. 

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. Spiker hakimiyyətin “Arsaxın statusu”nu formalaşdırmaqdan niyə yayındığını izah edib.

Simonyan “Arsax Azərbaycanın tərkibində olmayacaq” ifadəsindən yayınıb, çünki bu, onun fikrincə, danışıqlar prosesinə mane ola bilər.

Jurnalistlərin “hakimiyyət orqanları seçki kampaniyası zamanı olduğu kimi Arsaxın Azərbaycanın bir hissəsi ola bilməyəcəyini niyə bəyan etmirlər” sualına Simonyan cavab verib ki, vəziyyət hər dəqiqə dəyişir.
“İndi Ermənistan deyir ki, orada Arsax əhalisi var, onların hüququ var və bu hüquqlara əsaslanaraq status almaq lazımdır”, – Ermənistan parlamentinin spikeri bildirib.

Parlament sədrinin nöqteyi-nəzərindən “Arsax Azərbaycanın tərkibində olmayacaq” demək danışıqlara müəyyən xətt çəkmək və sonrakı dialoqdan imtina etmək deməkdir.

Simonyan xatırladıb ki, o, Milli Assambleyanın sədri vəzifəsini tutur və danışıqlarda iştirak etmir. Eyni zamanda, onun bəyanatları prosesə təsir göstərə və erməni tərəfinin imkanlarını məhdudlaşdıra bilər.

Parlamentin spikeri iddia edir ki, 1998-ci ildən sonra heç kim “Arsax”ın Azərbaycanın tərkibində olmayacağını deməyib və bunun ehtimalı Ermənistan Respublikasının bütün hakimiyyət orqanlarının gündəmində olub.

Juranilstlərdən biri siyasətçiyə xatırladıb ki, bir neçə il əvvəl o, “Akna”dan (Ağdam) foto dərc edib və bura onun vətənidir. Parlament sədri cavabında qeyd edib ki, nənəsinin doğulduğu Qars da müəyyən qədər onun vətənidir, amma siyasət vəziyyəti dəyişir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*