“Bəzən bizim üçün “Prezidentə yaltaqlanırlar” deyilir.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Seda Sayan deyib.
Müğənni qonaq olduğu bir proqramda qonaq olarkən Prezident Rəcəb Tayyip Ərdoğanın görüşünə getməsi ilə bağlı suallara cavab verib.
Sayan bu hərəkətinə görə onu tənqid edən İYİ partiya lideri Meral Akşener və CHP başqanı Kamal Kılıçdaroğluna cavab verib:
“İYİ partiyasının sədri Meral Akşener böyük səhvə yol verdi. Deyib ki, biz bu sənətçiləri tanımayacağıq. Siz siyasətçilərsiniz, aranızdakı məsələlərə bizi niyə qarışdırırsınız? Hörmətli Kamal Kılıçdaroğlu bizi çağırdı, getmədik? Kaş ki dəvət edərdilər, getməsəydik, bu danışılardı ki, niyə fərq qoyursunuz. Ərdoğanın dəvətinə getmək, onun tərəfi olmaq demək deyil. Siz də dəvət edin, gələk! Mən Tansu Çiller, Süleyman Dəmirəl, Məsut Yılmaz, Turqut Özalla görüşmüşəm, bunlar heç vaxt danışılmayıb.İndi niyə Ərdoğanın görüşlərindən danışılır? O fikirlərin Ərdoğana düşmənlikdən irəli gəldiyini düşünürəm”.
