Bu əsərlərin içində dəhşətli sirlər gizlənib – SİYAHIbackend

Bu əsərlərin içində dəhşətli sirlər gizlənib - SİYAHI

Dünya ədəbiyyatında şah əsərlər var ki, biz onları dönə-dönə oxuyuruq. Tarixdə iz qoymuş bu əsərlər haqda maraqlı faktlar mövcuddur.

KONKRET.az kulis.az-a istinadən sizlərə həmin əsərlərdən diqqət çəkən faktları təqdim edir.

1. Conatan Svift – “Qulliverin səyahəti”

Yazıçı, “Qulliverin səyahəti” romanında Mars planetinin iki peykindən, həmçinin, onların Mars ətrafında dövretmə sürətindən bəhs edib. Dəqiq hesablamalar aparıb. XX əsrdə astronomlar müasir texniki avadanlıqların sayəsində həmin hesablamaların doğruluğunu təsdiqlədilər. Lakin C. Sviftin ozamankı məhdud imkanlar hesabına bunu necə etdiyi hələ də sual altındadır.

2. Viktor Hüqo – “Səfillər”

Romantizm cərəyanının ən önəmli nümayəndələrindən olan Viktor Hüqonun ən məşhur əsərlərindən biri “Səfillər”dir. Əsəri oxuyanlar içərisindəki uzun cümləni bilirlər. Bilmədiyimiz isə bu cümlənin içərisində tam olaraq 823 söz vardır. Eyni zamanda bu cümlələr 3 səhifə tutur.

Fransa Ədəbiyyatının ən uzun cümləsi olaraq qəbul edilir.

3. Artur Konan Doyl – “Şerlok Holms”

Yazıçı Artur Konan yoxsulluqdan xilas ola bilmək üçün yazmağa qərar verir və “Şerlok Holms” əsərini qələmə alır. Əgər möhtəşəm bir həyatı olsaydı, bəlkə də, əfsanəvi romanı heç vaxt oxuya bilməyəcəkdik.

4. Tolstoy – “Hərb və Sülh”

Ən önəmli əsərlərdən biri olan “Hərb və Sülh” kopyalama maşınlarının ixtira olunmadığı dövrdə yazılmışdır. Buna görə də Tolstoyun həyat yoldaşı bu əsərin əl yazmasını 7 dəfə yazıb kopyalamışdır.

5. Mark Tven – “Tom Soyerin macəraları”

Məşhur yumor yazıçılardan biri olan Mark Tven Remington firmasının makina alan ilk müştərilərindən biridir. Və məşhur kitabı “Tom Soyerin macəraları” dünya ədəbiyyatında makinada yazılan ilk kitab olaraq bilinməkdədir.

6. Dostoyevski – “Qumarbaz”

Fyodor Dostoyevski məşhur “Qumarbaz” əsərini qumarda uduzduğu borcu qaytarmaq üçün cəmi 25 günə yazıb. Romanı yazmaq üçün vaxtı çatmadığında əlavə stenoqraf tutur. Həmin stenoqrafla-Anna Qriqoryevna ilə iki ildən sonra evlənir.

7. Vladimir Nabokov – “Lolita”

Vladimir Nabokovun “Lolita” romanı ABŞ, İngiltərə və Latın Amerikası ölkələrində qadağan edilib.Lakin maraqı bir statistika var: roman ABŞ-da qadağan edildiyi ilk iki həftə ərzində qeyri-qanuni şəkildə 100 min tirajla satıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*