Bu fermerlər cərimələnəcək – DƏYİŞİKLİKbackend

Bu fermerlər cərimələnəcək - DƏYİŞİKLİK

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasıyla bağlı qaydalar müəyyənləşir.

KONKRET.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik – yeni 411-2- ci maddənin əlavə edilməsi təklif edilir.

Yeni maddəyə əsasən, fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd edək ki, sözügedən layihəyə dəyişiklik Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*