“Bu gün Qarabağda baş verən hadisələr çox təhlükəlidir” –  Qalstyanbackend

"Bu gün Qarabağda baş verən hadisələr çox təhlükəlidir" - Qalstyan

“Bu gün Qarabağda baş verən hadisələr çox təhlükəlidir”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Qarabağdakı qondarma  “parlament”in “deputat”ı David Qalstyan deyib.

O bildirib ki, “parlament”in “iclas”ında müxalifətin iştirak etməməsi “hakimiyyət”ə Qarabağda baş verən hadisələrin təhlükəli olduğuna dair mesaj idi.

“Hakimiyyət”in qərarları və “parlament”in bugünkü “plenar iclas”ının gündəliyi hazırda Qarabağda baş verən hadisələri əks etdirmir. İndiki parlament xalqın əhval-ruhiyyəsini əks etdirmir, etimadını qazanmır. Bu gün belə məsələləri müzakirə etmək üçün əlverişsiz bir fürsət idi. Biz göstərdik ki, Qarabağ sakinlərinin narahatlığına şərikik”, – deyə Qalstyan bildirib.

Qeyd edək ki, fevralın 23-də qondarma qurumun “müxalif siyasi qüvvəlr”i “parlamentin iclasın”da iştirakdan imtina edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*