Bu gün şəhid həkim Mirlətif Ağayevin doğum günüdürbackend

Bu gün şəhid həkim Mirlətif Ağayevin doğum günüdür

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan həkimlərimizdən biri Mirlətif Ağayevin doğum günüdür.

KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Mirlətif Ağayev 1990-cı il noyabrın 20-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, fəal döyüşçü kimi də şücaət göstərib.

Mirlətif Ağayev Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*