İsti havalarda necə qidalanaq?backend

İsti havalarda necə qidalanaq?

Yay aylarında temperaturun 30 dərəcəni keçməsi insan orqanizminə təsir edir. İsti havalarda bir çox insan iştahsızlıq hiss etsə də, mütəxəssislər qidalanmada bəzi məqamlara diqqət etməyin vacib olduğunu bildirirlər.

KONKRET.az xəbər verir ki, Oxford Brookes Universitetinin qidalanma üzrə mütəxəssisi Aisling Daly qeyd edib ki, isti havalarda orqanizmin zülala olan ehtiyacı artmır. Lakin ət, toyuq və balıq kimi zülal mənbələrinin hazırlanması isti günlərdə narahatlıq yarada bilər.

Mütəxəssisin sözlərinə görə, zülallı qidaların həzmi zamanı bədən digər qida qrupları ilə müqayisədə daha çox istilik yaradır. Buna görə də isti havalarda zülal ehtiyacını qoz-fındıq, süd məhsulları və pendir kimi qidalarla da qarşılamaq mümkündür.

O, bədənin temperaturunu artırmadan zülal qəbul etmək üçün lobya salatı, yumurta, qatıq, meyvə və tərəvəzlərlə hazırlanan smuziləri tövsiyə edir.

İsti havalarda tərləmə nəticəsində bədən daha çox su itirir. Mütəxəssislər bu səbəbdən maye qəbulunun artırılmasının vacib olduğunu vurğulayırlar.

Britaniya Milli Səhiyyə Xidmətinin tövsiyəsinə görə, normal şəraitdə gün ərzində 6-8 stəkan maye qəbul etmək kifayət edə bilər. Lakin isti hava dalğalarında bu ehtiyac arta bilər.

Qida və qidalanma üzrə mütəxəssislər bildirirlər ki, bədənin su ehtiyacını yalnız su içməklə deyil, meyvə və tərəvəzlərlə də qarşılamaq mümkündür. Xiyar, pomidor, kahı, kərəviz, qarpız və çiyələyin tərkibində 90 faizdən çox su olduğu qeyd olunur.

İsti havada çay və qəhvə içmək olarmı?

Mütəxəssislərin fikrincə, isti havalarda çay içmək zərərli deyil. Araşdırmalar göstərir ki, ilıq və ya otaq temperaturunda olan içkilər də bədənin soyumasına kömək edə bilər.

Lakin həddindən artıq kofein qəbulu sidik ifrazını artıraraq susuzlaşma riskini yüksəldə bilər. Mütəxəssislər gündə bir-iki fincan qəhvənin problem yaratmadığını, amma çox miqdarda qəhvə qəbulunun mənfi təsir göstərə biləcəyini bildirirlər.

Yay aylarında qidalanma rejiminə də diqqət etmək tövsiyə olunur. Səhər yeməyini erkən etmək, günün ən isti saatlarında qısa istirahət etmək və axşam yeməyini daha gec saatlara saxlamaq orqanizmin istiyə uyğunlaşmasına kömək edə bilər.\\lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*