Cənubi Koreya və ABŞ ortaq hərbi təlimlərin bazar ertəsindən çərşənbə axşamına qədər təxirə salınmasına dair razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birgə Baş qərargah rəislərinin(JCS) açıqlamasında məlumat verilib.
Buna səbəb isə təlimlərdə iştirak etməli olan cənubi koreyalı zabitlərdən birinin koronavirusa yoluxması olub.
axar.az
