Bu il Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə oldubackend

Bu il Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə oldu

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 62,1 milyon ABŞ dolları dəyərində 4 820 ədəd avtomobil ixrac edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, idxal edilən avtomobillərin dəyəri əvvəlki illə müqayisədə 53% çoxdur.

Hesabata görə, yanvar-fevral ayları ərzində Azərbaycana ixrac edilmiş avtomobillərin orta qiyməti (OQ) 12,9 min dollar təşkil edib.

Yanvar-fevral ayları ərzində Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub.

Hesabata əsasən, yanvar-fevral ayları ərzində Gürcüstan Qazaxstana 51,5 milyon dollar dəyərində 2 589 ədəd (OQ -19,9 min dollar), Ermənistana 50,2 milyon dollar dəyərində 2 834 ədəd (OQ – 17,7 min dollar), Qırğızıstana 43,2 mmilyon dollar dəyərində 1 338 ədəd (OQ – 32,3 min dollar), Rusiyaya 13,5 milyon dollar dəyərində 978 ədəd (OQ – 13,8 min dollaar) avtomobil ixrac edib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*