“Bu insanların xarici ölkə kəşfiyyatının təsirinə düşməsi mümkündür” – Gömrükdəki narkotik olayı ilə bağlı AÇIQLAMAbackend

“Bu insanların xarici ölkə kəşfiyyatının təsirinə düşməsi mümkündür” – Gömrükdəki narkotik olayı ilə bağlı AÇIQLAMA

Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında narkotikdən istifadə edən şəxslərin aşkar edilməsi cəmiyyətdə əks-səda doğurur. Sadə insanlardan fərqli olaraq dövlət qurumunda çalışanların bu bəlaya düçar olması həyəcan təbili çalmağa əsas verir. Çünki bu şəxslərin üzərində həm də dövlət məsuliyyətinin olduğu gün kimi aydındır. Çünki dövlət qurumlarında çalışanların zəif nöqtəsindən hər an istənilən xarici xüsusi xidmət orqanlarının və Azərbaycanı sevməyən şəxslərin yararlanması mümkündür.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə,  narkotik elə bir bəladır ki, öncə aşağı, sonra isə yuxarı təbəqələri zəhərləyir: “Narkotik bəlası ilə mən təxminən 10-11 il öncə fəaliyyətimlə bağlı cəzaçəkmə müəssisələrində tanış olmuşam. Azərbaycan dustaqlarının təxminən 70-80 faizi narkotikə görə həbs olunur. Ölkəyə bu bəla Əfqanıstan və İran vasitəsilə gəlir.

Çünki Azərbaycan tranzit rolunu oynayır. Əsasən də kasıb və aşağı təbəqənin insanları bu bəlaya düçar olurlar. İndi artıq vəziyyət elə həddə çatıb ki, Gömrük Komitəsinin əməkdaşları arasında da narkotik istifadəçilərinə rast gəlinir. Gömrük Komitəsi dövlət sərhədi ilə bağlı olan bir qurumdur. Narkotik aludəçiliyinin dövlət qurumlarına qədər gedib çıxması ciddi siqnaldır. Çünki adi insandan fərqli olaraq dövlət orqanında çalışan şəxslərin narkotik aludəçiliyindən istifadə edə bilərlər. Yəni bu cür insanların xarici ölkənin xüsusi kəşfiyyatının təsirinə düşməsi mümkündür.

Bu, artıq dövlət təhlükəsizliyi məsələsidir. Ona görə də, hesab edirəm ki, Azərbaycan dövləti bu problemlə ciddi şəkildə mübarizəyə başlamalıdır. Əks halda narkomaniya bəlası dövlətin sütunlarına qədər gəlib çıxa və onu sarsıda bilər”.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli əlavə edib ki, dövlət qurumunda çalışan əməkdaşların həkim müayinəsindən keçirilməsi vacibdir: “İstər Gömrük Komitəsində, istərsə də digər qurumlarda bunu tətbiq etmək zəruridir. Həkimlərin¸ müəllimlərin attestasiyası aparıldığı kimi, dövlət qurumlarında çalışan əməkdaşların da həkim müayinəsindən keçirilməsi və qanlarının yoxlanılması labüddür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*