Bu, İrəvanın məsuliyyətə cəlb edilməsi üçündür – Professorbackend

Bu, İrəvanın məsuliyyətə cəlb edilməsi üçündür - Professor

Azərbaycan BMT-nin 21 dekabr 1965-ci il Qətnaməsi əsasında qəbul edilən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın Ermənistan tərəfindən pozulması haqqında tam haqlı şəkildə və beynəlxalq prosedura uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev deyib.

Alimin sözlərinə görə, bu məhkəmə prosesi Azərbaycanın haqq səsinin beynəlxalq hüquq zəminində bütün dünyaya çatdırılmasına və Ermənistanın layiqli cəzasını almasına gətirib çıxaracaq:

“Azərbaycan da dövlətlərin beynəlxalq şikayət proseduru əsasında Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək xalqımıza qarşı dövlət səviyyəsində soyqırım siyasəti həyata keçirən Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsini tələb edir. Beynəlxalq Ədalət Məhkəməsi də istintaq materialları əsasında Ermənistanın 1988-ci ildən bugünə qədər xalqımıza qarşı milli-etnik zəmində birinci və ikinci Qarabağ müharibələri zamanı çoxsaylı cinayətlərini araşdıracaq. Bunun ilkin mərhələsində dinləmələr olacaq. Sonra isə digər mərhələlərə keçiləcək. Ermənistanın törətdiyi cinayətlər haqqında Azərbaycanın əlində tutarlı istintaq materialları var. Ermənistanın törətdiyi müharibə cinayətlərinə Beynəlxalq Ədalət Məhkəməsində baxılması onun əsl terrorist mahiyyətinin beynəlxalq aləmdə ortaya çıxmasına səbəb olacaq”.

Qeyd edək ki, bu gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb. Dinləmələr iki gün davam edəcək./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*