“Bu məsələdə tam qərarlıyıq” – Paşinyan Naxçıvandan DANIŞDIbackend

"Bu məsələdə tam qərarlıyıq" - Paşinyan Naxçıvandan DANIŞDI

Regionda infrastrukturun inkişafı məsələsi və Şimal-Cənub layihəsi qonşu İran və Gürcüstanla müzakirələrin gündəliyindədir.

KONKRET.az xəbər verir ki, bunu hökumətin iclasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Bizim üçün, həmçinin, Rusiya və İranla dəmiryolu əlaqəsi qurmaq çox vacibdir. Bu problemi həll etmək üçün biz Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli formatının işinin yenidən bərpası məsələsini müzakirə edirik. Biz öz növbəsində Azərbaycanın da qərb bölgələri ilə Naxçıvan arasında əlaqə qurmağı hesabladığını anlayaraq, konkret nəticələr əldə etmək üçün konkret səylər göstərməkdə tam qərarlıyıq”, – deyə N.Paşinyan deyib.

Nikol Paşinyan xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etməyə hazırdırlar.

“Mən, eyni zamanda Azərbaycanla demarkasiya gündəminə də əhəmiyyət verirəm və bunun üçün lazımi şəraitin yaradılması üçün çalışmağa davam edirik”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*