Fransa parlamenti ölkədə TikTok-un bloklanmasını təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı Fransa Senatının saytında dərc edilmiş bəyanatda deyilir.
Qanunvericilər sosial şəbəkənin istifadəçiləri izlədiyini və onlar haqqında məlumatları Çin kəşfiyyat orqanlarına ötürdüyünə bildirərək, TikTok-u milli təhlükəsizliyə təhdid hesab edir.
TikTok-un Fransadakı fəaliyyətini araşdırmaq üçün xüsusi komissiyanın işi nəticəsində 21 tövsiyə tərtib edilib.
Burhan,
KONKRET.az
