Bu ölkə restoran və kafelərdə siqareti qadağan etdibackend

Bu ölkə restoran və kafelərdə siqareti qadağan etdi

Hollandiya Dövlət Şurası restoran və kafelərdə siqaret çəkmək üçün nəzərdə tutulan qapalı məkanların etibarsız olduğuna qərar verib.

KONKRET.AZ xəbər verir ki, Dövlət Şurasından verilən yazılı açıqlamada Lahey məhkəməsinin məsələ ilə bağlı verdiyi qərarının düzgün olduğu bildirilib və bu gündən etibarən kafe və restoranlarda siqaretin çəkilməsi üçün nəzərdə tutulan qapalı məkanların etibarsız olduğu deyilib.

Belə bir qərarın verilməsinə səbəb restoran və kafelərdə işləyənlərlə siqaret çəkməyənlərin həmin məkanlara daxil olduqları zaman siqaret tüstüsünə məruz qalmalarıdır. Yaranmış vəziyyətin Dünya Sağlamlıq Təşkilatı Sözləşməsini pozduğu ifadə edilib.

Qeyd edək ki, 1 iyul 2008-ci ildən etibarən Hollandiyanın kafe və restoranlarında yalnız qapalı yerlərdə siqaret çəkmək haqqı verilib.

Hazırladı: Firuzə Alimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*