backend

"Bu ölkə sizə bir parça çörək verir" - Səfirimizdən Rusiyadakı vətəndaşlarımıza ÇAĞIRIŞ

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirliyin qarşısına toplaşan həmyerlilərimizin önündə çıxış edib.

KONKRET.az xəbər verir ki, səfir hazırda vəziyyətin mürəkkəb olduğunu bildirib:

“Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, Rusiyada yaşayırsınız və əksəriyyətiniz də Rusiya vətəndaşısınız. Bu ölkə sizə bir parça çörək verir. Təbii ki, müəyyən qüvvələr var ki, bunu heç kimdən gizlətmək olmaz. Əksəriyyətiniz gəncsiniz, oxumuş adamlarsınız sizdən gizlətmək istəmirəm, vəziyyət mürəkkəbdir. Bu qüdrətli ölkə ilə biz həmişə dost olmalıyıq. İnanıram ki, bu məsələlər öz həllini tapacaq. Bu zamanda da Ermənistan silahlanıb. Orda da onları dəstəkləyən müəyyən qüvvələr var”./unikal.org/

 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin bu çıxışla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Məlum olduğu kimi, cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə gəlmişdirlər. Səfir Polad Bülbüloğlu onlarla görüşmüşdür.

Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdir. Lakin, çox təəssüflə qeyd etmək istəyirik ki, Səfirliyin sözügedən məlumatını yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atmış və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər vermişdirlər.

Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmamışdır. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*