Bu ölkə Ukraynaya silah verməkdən İMTİNA ETDİbackend

Bu ölkə Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya hərbi arsenaldan silah və sursat verməyəcəyini bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda deyib.

“Ordunuz zəifləməsin deyə Ukraynaya silah verilməsini dəstəkləmirsiniz, yoxsa Ukraynanın güclənməsinin tərəfdarı deyilsiniz?”, – deyə Zelenski Radevdən soruşub.

Rumen Radev cavabında bildirib ki, o, Bolqarıstanın müdafiəsinə cavabdeh olduğu üçün ölkənin arsenalından silah və sursatların verilməsinin əleyhinədir.

Bolqarıstan lideri əlavə edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həlli yoxdur.

“Daha çox silah çətin ki, bu məsələni həll etsin. İlk gündən ölkənizə qarşı təcavüzü pislədim. Bolqarıstan minlərlə Ukrayna vətəndaşına yardım əlini uzadıb və onların bir çoxu hələ də Bolqarıstan dövlətinin himayəsindədir”, – deyə o Ukrayna xalqı ilə həmrəy olduğunu qeyd edib.

Radevin sözlərinə görə, müharibə Ukrayna ərazisində getsə də, artıq bütün Avropaya təsir edir.

“Biz təkcə Ukrayna haqqında deyil, Avropanın gələcəyi haqqında düşünməliyik. Avropanın köməyi Ukrayna üçün son dərəcə vacibdir və onun bərpası üçün də vacib olacaq”, – deyə Ukrayna lideri əlavə edib.

Xatırladaq ki, iyulun 6-da Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstana səfər edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*