Çexiyada virusa yoluxanların sayına görə gündəlik rekord qeydə alınıb.
KONKRET.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi son sutkada 798 yeni yoluxma faktının aşkar edildiyini açıqlayıb. Bu da ölkədə pandemiyanın mövcud olduğu bütün dövr ərzində maksimal göstəricidir.
Qeyd edək ki, Çexiyada ötən müddət ərzində ümumilikdə koronavirusa 27 min 250 yoluxma aşkar olunub. Onlardan 429-u vəfat edib. Xəstəxanaya yerləşdirilən COVİD-19 xəstələrinin sayı son bir həftədə 30 faiz artıb.
