Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan “Toyota Prius” modellərinin qiymətlərində kəskin artım müşahidə olunur.
KONKRET.az Yeni Sabah-a istinadən xəbər verir ki, elan saytlarında əks olunan son qiymət göstəriciləri alıcıları təəccübləndirib.
İllərdir ölkədə ən əlçatan avtomobillərdən sayılan 20-ci kuza (2008-ci il buraxılış) “Toyota Prius”ların qiyməti artıq 20 000 – 21 700 manat aralığına yüksəlib.
Digər model və illər üzrə bazardakı qiymət dinamikası belədir:
2008–2010-cu il modelləri (1.5L / 1.8L): 20 000 – 21 900 AZN
2014–2019-cu il modelləri (1.8L): 20 700 – 27 000 AZN
Prius Prime / PHV modelləri (2016–2025): 23 800 – 35 900 AZN
Yeni nəsil 2023-cü il modelləri (2.0L): 30 500 – 40 500 AZN.
Ekspertlər bildirirlər ki, idxal şərtlərinin sərtləşməsi, köhnə il avtomobillərin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və daxili bazarda hibrid nəqliyyat vasitələrinə olan yüksək tələbat qiymətlərin artmasını şərtləndirən əsas amillərdəndir.

