“Bu ölkədə heç kim korrupsiyanı təkbaşına aradan qaldıra bilməz. Tanıdığım məmurlar arasında baş nazir Nikol Paşinyan həmişə səmimi və ardıcıl olaraq korrupsiyaya qarşı mübarizə aparmaq istəyən və mübarizə aparan şəxsdir”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi keçmiş ədliyyə naziri, vəkil Karen Andreasyan deyib.
“Mən özüm də korrupsiyaya nifrət edirəm, korrupsiya mənim üçün ən iyrənc hadisədir, amma məhkəmə sistemində korrupsiyanı aradan qaldırdığımı deyə bilmərəm”.
Karen Andreasyan vurğulayıb ki, “Korrupsiya ilə mübarizədə bir sıra qurumlara ehtiyac var: Korrupsiyaya Qarşı Mübarizə Komitəsi, bütün əməliyyat xidmətləri, bütün hüquq-mühafizə orqanları, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, məlumat verən vətəndaşlar. Biz hamımız birlikdə korrupsiyaya qarşı mübarizə aparırıq. O, başqa məsələdir ki, mən bir nazir kimi əmin idim, indi də əminəm ki, Ermənistanın üç hakimiyyəti – qanunvericilik, icraçı, məhkəmə – sistemli korrupsiyaya və ümumilikdə korrupsiya fenomenlərinə qarşı sıfır dözümlülük nümayiş etdirir”, – deyə o qeyd edib.
Natiq Səlim,
KONKRET.az
