Bu ölkədə neft emalı zavodunun işçilərinin tətili yanacaq qıtlığına səbəb oldubackend

Bu ölkədə neft emalı zavodunun işçilərinin tətili yanacaq qıtlığına səbəb oldu

Fransanın bir sıra regionlarında “Total” və “Exxon” şirkətlərinin üç neft emalı zavodunun işçiləri tətil keçirib, bundan sonra ölkədəki yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb.

KONKRET.az xəbər verir ki, həmkarlar ittifaqları maaşların 10% artırılmasını tələb edir və tələbləri yerinə yetirilməyənə qədər tətili dayandırmaq niyyətində deyillər.

Bildirilib ki, yanacaq qıtlığı ilə bağlı vəziyyət ölkədəki yanacaqdoldurma məntəqələrinin 20%-nə təsir edib. Fransanın ekoloji keçid naziri Kristof Beşou bildirib ki, hökumət artıq strateji ehtiyatlardan yanacaq ayırıb və bu yanacaq həftə sonu bölgələrə çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*