Bu ölkədə qar uçqunu baş verdi: 19 nəfər ÖLDÜbackend

Bu ölkədə qar uçqunu baş verdi: 19 nəfər ÖLDÜ

Hindistanın şimalındakı Uttarxand əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 19-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Agence FrancePresse” (AFP) məlumat yayıb.

Ştatın Fövqəladə Hallar Departamentinin sözçüsü 10 nəfərin itkin düşdüyünü bildirib.

Onun sözlərinə görə, ölənlər Nehru Alpinizm İnstitutunun kursant və təlimatçıları olub.

Mətbuat daha əvvəl 10 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Qeyd edək ki, qrup Himalay buzlağını keçərkən qar uçqunu altında qalıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*