Bu ölkədə turistlər belə cəzalandırılır: “500 dəfə üzr istə”backend

Bu ölkədə turistlər belə cəzalandırılır: "500 dəfə üzr istə"

Hindistanda koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşır. İndiyə qədər ölkədə 331 nəfər COVİD-19-a görə həyatını itirib. Asiya dövlətində sərt karantin rejimi tətbiq olunub. Amma vətəndaşlar qaydalara əməl etmir.

KONKRET.az xəbər verir ki, Hindistan polisi karantin müddətində küçədə görünən yerli sakinləri çubuqla döyür. Amma əcnəbilərlə bu cür davranmaq olmur. Polis turistlər üçün qeyri-adi cəza növü fikirləşib. Onlara 500 dəfə “üzr istəyirəm” ifadəsi yazdırılır. Polislər üzr ifadəsinin 500 dəfə yazılmasına ciddi nəzarət edirlər, proses bitməyənə qədər əcnəbini sərbəst buraxmırlar.

COVİD-19-a görə dünyanın əksər ölkələrində karantin rejimindən istifadə olunur. Qərbdə, o cümlədən, Azərbaycanda cərimələr tətbiq olunur. Hindistanda qayda pozanlarla daha sərt davranırlar. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada təxminən 1,9 milyon insanda koronavirus aşkarlanıb. İndiyə qədər azı 116 min nəfər həyatını itirib.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*