“Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rolu olub”.
KONKRET.az RT-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dimitri Peskov deyib.
“İmzalanma ərəfəsi çox gərgin, bəzən, demək olar ki, gecə-gündüz işləməklə keçdi – bu, Prezident Putinin əməyi idi”, – Kremlin sozçüsü bildirib.
Onun sözlərinə görə, Rusiya lideri bütün vaxtı telefonla danışıb, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla danışıqlar aparıb:
“Bir daha təkrar edirəm, bu, bir gündən çox davam edib”.
