ABŞ-ın Nevada ştatının sakini məhkəmə qərarı ilə törətmədiyi cinayətə görə 35 il həbs cəzası verdiyinə görə üç milyon dollar təzminat alıb. Konkret.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
1980-ci ildə 29 yaşlı Katie Woods 19 yaşlı tələbə Mişel Mitçelin öldürülməsinə görə 35 il həbs cəzasına məhkum edilib. Cinayətin özü 1976-cı ildə törədilib. Nevada Ali Məhkəməsi tezliklə hökmü ləğv edib, lakin 1984-cü ildə qadın yenidən məhkum edilib. İşi araşdıran yuxarı instansiyalar hökmü qüvvədə saxlayıblar.
Qadının günahsızlığı əsl qatilin üzə çıxmasından sonra sübut olunub. Serial qətllərdə şübhəli bilinən manyak Rodney Holbauerin daha beş qadına təcavüz etdiyi məlum olub. O, 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.
Leyla ŞİRMƏMMƏDOVA
