“Bu, rejissoru olmayan bir nəfərlik tamaşa idi” – Britaniyanın nüfuzlu nəşri Makronu “vurdu”backend

“Bu, rejissoru olmayan bir nəfərlik tamaşa idi” – Britaniyanın nüfuzlu nəşri Makronu “vurdu”

Britaniyanın “The Spectator” qəzeti Conatan Millerin Fransa prezidenti Emmanuel Makronu tənqid etdiyi məqaləsini dərc edib.

KONKRET.az Azərbaycan oxucusuna maraqlı olacağını nəzərə alaraq, məqalənin tərcüməsini təqdim edir.

***

“Yanvarın 16-da mən Makronun mətbuat konfransını izlədim, amma kaş, baxmazdım. Makron öz sözlərinə heyran qalan, lakin bu sözlərin başqalarına yuxuverici təsirindən tamamilə xəbərsiz olan bir prezidentdir. Ömrüm boyu həyatımın o iki saat yarımı üçün təəssüflənəcəm.

Bu, Makronun 2019-cu ildən bəri ilk mətbuat konfransı idi. Ona görə soruşulacaq çox şey var idi. Amma sualların qoyuluşu formal idi.  Mətbuat konfransındakı jurnalistlər də aksesuar kimi görünürdülər.  Makron əsasən, statistik açıqlamalar və boş-boş vədlər verdi. Təbii ki, bu, mətbuat konfransı deyildi. Bu, rejissoru olmayan bir nəfərlik tamaşa idi. Heç bir müxbirin ona meydan oxumağa cürəti çatmadı.

Onun hökumətinin yeni üzvləri elə də gözə dəymirdilər. Sadəcə yeni gey baş nazir Qabriel Attal  heyrətamiz saçlarıyla diqqəti çəkirdi. Makron orta məktəbdə həvəskar teatrsevər olub və özündən qat-qat böyük olan müəllimi Bricitlə evlənib. Bu, həm də bir növ ilahi haqqın layihələndirilməsidir. Makronun ötən ilin yazında keçirilən seçkilərdə parlamentdə çoxluq qazana bilməməsindən sonra ümidsiz və depressiyaya düşdüyü deyilir. O, enerjili ola bilərdi, lakin bu, Makronun bəyanetmə sevgisindən başqa heç nə demək deyildi. O, bəyan etdi ki, onun təfsiri “haradan gəldik və hara gedirik” hekayəsidir.

Mediada işıqlandırılanlar əvvəlcədən proqnozlaşdırılmışdı. Baş cerənlər sadəcə “bilməli olduğunuz şey” üslubunda işıqlandırıldı. Prezident düşünmək üçün kifayət qədər məsələlər sadaladı. Uşaqlar hər səhər “La Marseillaise” mahnısını oxuyacaq, dövlət isə məktəbli formaları ilə sınaq keçirəcək. Makron uşaq pulu ödəməyi də düşünür və ödənişlərin məbləğini artıracağını deyir. 

Bunlar heç nəyə inanmayan və alıcılıq qabiliyyətini tələblərinin başında tutan seçicilər üçün rezonans doğurmayacaq. Fransızlar həmişə fərqli düşünüb. Makron isə bu düşüncəylə fərqli  kainatdan baxır.

Paradoks ondadır ki, mətbuat konfransının uzun olmasına baxmayaraq, prezident çox şeyə toxunmadı.

Makron parlamentdə çoxluq qazana bilmədiyi üçün onun hökuməti başqa qanunlar qəbul edə bilmir. Lakin bu yaxınlarda vəziyyət immiqrasiya qanunlarının sərtləşdirilməsi səbəbindən dəyişib. Makron Marine Le Penin rəhbərlik etdiyi “Milli Rally” partiyasının səsləri naminə sövdələşmə edib. Makron şeytanla da sövdələşməyə gedə bilər. Jurnalistləri isə bu mövzu qətiyyən maraqlandırmırdı.

Fransızların alçaldıldığı Afrika böhranı da diqqətdən kənarda qaldı. Deməli, bu qondarma mətbuat konfransında prezident biabırçı vəziyyətdə idi. Makron danışır və xəyalları ilə dünyanı dolanırdı. Hamı sanki ona qulaq asırdı. Jurnalistlər qəzəblə qeydlər aparırdılar. Təkcə Makronun nitqinin qəribə və qeyri-adekvat olduğunu onun üzünə deməyə cürət edən jurnalist çatmırdı.

Makron öz səsindən həzz alan manyakdır. Ona elə gəlir ki, ondan ağıllı adam yoxdur. Makron hesab edir ki, deməklə etmək arasında fərq yoxdur. O, özünü ünsiyyət ustası hesab edir və sözsüz ki, natiqlik sənətinə yiyələnib. Amma ona buradan deyirəm, sən populist avantürüstün birisən”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*