Bu şəxslərin 8103-ə SMS göndərməsinə məhdudiyyət qoyulubbackend

Bu şəxslərin 8103-ə SMS göndərməsinə məhdudiyyət qoyulub

“Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, digər tədbirlər görüləcək”.

KONKRET.az-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, son günlər təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub:

“Gün ərzində vəfat edənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son səkkiz gün ərzində “3” kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər “3” kodundan istifadə edə bilmirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*