Bu tarixdə Yerə asteroid düşə bilərbackend

Bu tarixdə Yerə asteroid düşə bilər

2024-cü ilin dekabr ayında astronomlar tərəfindən kəşf olunmuş 2024-YR4 asteroidi 2032-ci ildə Yer planeti ilə toqquşa bilər.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı astronom, “Ka-Dar” rəsədxanasının rəhbəri Stas Korotkiy bildirib.

“Hal-hazırda onun Yer planeti ilə toqquşması ehtimalı müxtəlif strukturlar tərəfindən sıfır tam onda beş faizdən altı faizə qədər olan civarda qiymətləndirilir. Altı faiz deyəndə – yəni vəziyyətin inkişafına dair 16 variant var ki, bunlardan biri toqquşma variantıdır”, – astronom bildirib.

Alimin sözlərinə görə, bu proqnozlarda qeyri-müəyyənliyin olması asteroidin müşahidə müddətinin qısa olması ilə əlaqəlidir.

Qeyd edilir ki, asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşması ehtimalı 6 faizdir ki, bu da 2004-cü ildə Apofisin kəşf olunmasından bəri ən yüksək proqrnoz göstəricisidir. Sözügedən nəhəng asteroidin isə 2029-cu ilin aprel ayında Yerdən 30 min kilometr uzaqlıqdan keçəcəyi fərz edilir./Trend

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*