Bu telekanal Elşad Miriyə qadağa qoydu – SƏBƏBbackend

Bu telekanal Elşad Miriyə qadağa qoydu - SƏBƏB

İlahiyyatçı Elşad Miri İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə bağlı diqqətçəkən paylaşım edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, sosial media hesabında televiziya kanalına çıxışı ilə bağlı qadağanın davam etdiyini iddia edib.

“İctimai TV-dəki şəxsimə olan qadağa yenə qüvvəsində qalacaq. Məzhəbçilik çox pisdir, çox”, – deyə Elşad Miri paylaşımında bildirib.
İlahiyyatçının paylaşımında qadağanın səbəbləri və ya bununla bağlı rəsmi qərar barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Elşad Miri ilə bağlı tənqidi fikirlər əsasən onun ənənəvi dini yanaşmalardan fərqli mövqeyi ilə əlaqələndirilir. O, bəzi dini mətnlər və hədislərlə bağlı klassik qəbul edilmiş fikirləri tənqid etdiyi üçün müəyyən dini çevrələrin etirazı ilə qarşılaşır. Xüsusilə Qurana əsaslanan yanaşmanı ön plana çıxarması, sosial şəbəkələrdə və televiziya proqramlarında sərt polemik çıxışlar etməsi tez-tez müzakirə və narazılıq yaradır.
Tənqidçilər hesab edirlər ki, onun bəzi açıqlamaları ənənəvi dini baxışlarla ziddiyyət təşkil edir və cəmiyyətdə mübahisələrə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*