Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilirbackend

Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərclərinin strukturunda dəyişikliklər gözlənilir.

KONKRET.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcənin əsaslı xərclərinin 8,1 % azalması, əvəzində cari xərclərinin 7,7 %, dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 85,2 % artması proqnozlaşdırılır: “Son nəticədə gələn il cari xərclərin büdcə xərclərindəki payı 60 %-ə yüksələcək. Artım tempinin ortamüddətli dövrdə də davam edəcəyi gözlənilir. Hesab edirik ki, bu vəziyyətdə cari xərclərin optimallaşdırılması üçün büdcə-vergi siyasətində dəyişikliklərə baxılması vacibdir”.

Sədr həmçinin bildirib ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti azalmaqda davam edəcək: “Təhlillər göstərir ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti 78,7 % olacaq. Müdafiə xərclərinin qeyri-neft-qaz gəlirlərinə nisbəti isə 126,3 % təşkil edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*