Bütün kənd onu axtarırdı – Əsgər Nəsimi Musayevin saxlanılmasının detalları – FOTObackend

Bütün kənd onu axtarırdı – Əsgər Nəsimi Musayevin saxlanılmasının detalları - FOTO

Ermənistanın Şaki kəndində azərbaycanlı hərbçi ilə bağlı baş verən hadisənin yeni detalları açıqlanıb.

KONKRET.az xəbər verir ki, kənd rəhbəri Ruben Manuçaryan hadisədən sonra Şakidə panika olmadığını, sakinlərin gündəlik işləri ilə məşğul olduqlarını bildirib.

Onun sözlərinə görə, kəndə azərbaycanlının daxil olması barədə ilkin məlumat yayılan kimi sakinləri xəbərdar edib və ehtiyat tədbirləri görməyə çağırıb. Manuçaryan həmin gün polis patrul avtomobilini gördükdən sonra onun ardınca gedib. Hadisə yerinə çatanda isə azərbaycanlı hərbçinin artıq saxlanıldığı məlum olub.

Kənd sakinlərindən biri bildirib ki, Şakidə çoxlu sayda polis və hərbçinin toplaşdığını görüb və daha sonra azərbaycanlı hərbçinin İşxanasar yüksəkliyi istiqamətindən kəndə daxil olduğunu öyrənib. Onun sözlərinə görə, sakinlər hadisə barədə rəsmi şəkildə xəbərdar edilməyiblər. Bununla belə, hazırda kənddə qorxu və panika mühiti yoxdur.

Məlumata görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəsimi Musayev gecə saatlarında ev sahiblərinin olmadığı bir yaşayış evinin pəncərəsini sındıraraq içəri daxil olub. Sındırılan pəncərə sonradan sellofan örtüklə bağlanıb.

Kənd sakini Armik isə hadisənin başqa detallarını danışıb. Onun sözlərinə görə, yaralanan Ani Avetisyanın evindən çıxdıqdan sonra Nəsimi Musayev bütün kənddə axtarılıb.

Yaşlı qadın əvvəlcə onun zirzəmidə gizlənə biləcəyindən ehtiyat edərək zirzəminin qapısını bağlayıb. Daha sonra tövləni xatırlasa da, ora girməyə qorxub.

“Qonşuların bağından keçərək bizim həyətə gəlib və tövlədə gizlənib. Bir neçə dəqiqə ərzində həyətə hərbçilər toplaşdı və çox keçmədən onu tapdılar. Əvvəlcə qorxdum, çünki nə baş verdiyini və həmin şəxsin harada gizlənə biləcəyini bilmirdim”, – qadın bildirib.

Hadisə zamanı güllə yarası alan Ani Avetisyanın vəziyyətinin stabil olduğu açıqlanıb. O, İrəvandakı “Müqəddəs Qriqor Lusavoriç” tibb mərkəzində müalicəsini davam etdirir.

Qadının iki uşağı isə uşaq tibb mərkəzinə aparılıb. Qıza psixoloji yardım göstərilib, oğlanda isə bilək nahiyəsində kiçik sümük sınığı aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və vəziyyəti stabil qiymətləndirilir.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan qadının həyatı üçün təhlükə olmadığını, uşaqların vəziyyətinin də qənaətbəxş olduğunu bildirib.\\Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*