“Mərkəz-2026” təlimlərinin əsas məqsədi qoşunların xarici təcavüzü dəf etməkdə komandanlıq və nəzarət bacarıqlarını təkmilləşdirməkdir.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, təlimlərin əsas məqsədi bütün səviyyələrdə komanda heyətinin qoşunlara komandanlıq etmək bacarıqlarını təkmilləşdirməklə yanaşı, xarici təcavüzü dəf etməkdir.
Qeyd edək ki, Rusiya ordusunun “Mərkəz-2026” strateji komanda-qərargah təlimləri 28 sentyabr – 3 oktyabrı əhatə edir. Təlimlərdə 47 mindən çox hərbçi iştirak edir.
