“Buna görə qapanmaya gedilmir” – TƏBİB rəsmisibackend

"Buna görə qapanmaya gedilmir" - TƏBİB rəsmisi

“Vətəndaşların koronavirusa yoluxma sürəti, inkubasiya müddəti və ağır xəstələrin sayı çarpayı doluluğuna təsir edir”.

KONKRET.az-ın məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, stasionar çarpayı sayına görə qapanmaya gedilmir:

“Bu gün üçün reanimasiya şöbəsində yatan və süni tənəffüs aparatına qoşulu xəstələrin sayı kifayət qədər çoxdur. Ona görə də əsas xəstəliyi ağır və yüngül keçirmə məsələsidir. Çünki onların müalicə müddəti uzun çəkir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*