Bütün ermənilərin katolikosu II Qaregin Ermənistan səlahiyyətlilərini Qarabağla bağlı qəbul edilmiş üçtərəfli bəyanatın hərtərəfli və əhatəli izahlarını təqdim etməyə çağırıb.
KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, o, verilən bəyanatın ermənilərin ruhunu sarsıtdığını qeyd edib.
II Qaregin erməniləri birləşməyə və sakit olmağa, duyğulara qapılmamağa, zorakılıq və nizamsızlıqdan çəkinməyə çağırıb.
O qeyd edib ki, yaranan böhranı Ermənistan səlahiyyətliləri aradan qaldırmalıdır.
