Bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər davam etdirilirbackend

Bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər davam etdirilir

Koronavirus (COVİD – 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

KONKRET.az xəbər verir ki, Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 9-dək tədris prosesi dayandırılıb.

Qeyd edək ki, martın 10-dək Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*