BVF: “Ermənistanın iqtisadi artımı yavaşlayacaq”backend

BVF: "Ermənistanın iqtisadi artımı yavaşlayacaq"

“Ermənistanın iqtisadi artım tempi 2023-cü ildə də davam edib. İqtisadiyyat 8,7% inkişakf edib. Bu, özəl istehlak, ticarət və investisiya sayəsində baş verib”.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozunda qeyd ounub.

Bildirilib ki, əsasən ərzaq məhsullarının qlobal və daxili qiymətlərinin aşağı düşməsi və dramın bahalaşması səbəbindən inflyasiya əhəmiyyətli dərəcədə azalaraq aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə -0,7%-ə çatıb.

Lakin istehlak və hökumətin kapital xərcləri ilə bağlı artımın yavaşlaması, 2024-cü ildə sabit olaraq 6% səviyyəsində qalması gözlənilir. İlin ikinci yarısında inflyasiyanın daha da sürətlənəcəyi proqnozlaşdırılır. Risklər geosiyasi və regional gərginliklər, əsas ticarət tərəfdaşlarında potensial iqtisadi yavaşlamalar, ticarətin azalması və kapital axını səbəbindən yüksəlir.

Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir ki, qeyri-müəyyən perspektiv davamlı sağlam siyasət və struktur islahatları tələb edir.

Fiskal siyasət makro-fiskal sabitliyin qorunması və artan xərc təzyiqlərinin aradan qaldırılması arasında balans yaratmalıdır.

Fondun mütəxəssislərinin proqnozlarına görə, struktur islahatları gəlirlərin səfərbərliyinin gücləndirilməsinə, fiskal risklərin və dövlət investisiyalarının idarə edilməsinə, məşğulluq və sosial yardım proqramlarına, ixracın diversifikasiyasına, idarəetmənin təkmilləşdirilməsinə və korrupsiyaya qarşı həssaslığın azaldılmasına yönəldilməlidir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*