“Camaatın balasını öldürdüm” – Mərdəkan çimərliyindəki kütləvi davanın ŞOK DETALLARIbackend

"Camaatın balasını öldürdüm" - Mərdəkan çimərliyindəki kütləvi davanın ŞOK DETALLARI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər – Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid Ə.G təqsirləndirilənlərdən Mətləb Süleymanovun anası olduğunu bildirib:

“Mən burada yaşamıram, iki-üç gün idi ki, oğlumun kirayə yaşadığı evə gəlmişdim. Həmin gün evdə idik, qardaşım qurban əti kəsmişdi, ailəliklə toplanmışdıq. Mətləbə zəng gəldi, dostları onu harasa çağırdılar. Mətləb durub getdi. Qayıdanda halı özündə deyildi, üzərində qan ləkələri vardı. Nə olduğunu soruşdum, “Camaatın balasını öldürdum”-deyə cavab verdi. Əynini dəyişib, əşyalarını çantasına yığdı, saatını da götürüb təzədən evdən çıxdı.Evdən çıxanda Mətləbdə bıçaq olmayıb, görməmişəm”.

Şahid A.S onlayn məhkəməyə qoşularaq dindirilib:

“Çimərlikdə idik. Səs -küy eşitdik. Tez səs gələn yerə qaçdıq, gördüm ki, Adil dalaşır. Onun necə vurulduğu gördüm. Mən şokda idim, həyəcandan əsirdim. “Təcili yardım” çağırdılar, Adili xəstəxanaya apardıq”.

Növbəti proses 14 sentyabr saat 16:30-a təyin olunub.

Xatırladaq ki, 18 iyun 2025-ci ildə Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirmişdir. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanmış, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunmuş, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.\\lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*