“Cavab tədbirləri asimmetrik olacaq” – Sergey Ryabkovbackend

"Cavab tədbirləri asimmetrik olacaq" - Sergey Ryabkov

“Moskva ABŞ ilə strateji pariteti poza biləcək hər şeyə son dərəcə ehtiyatla və məsuliyyətlə yanaşır”.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.

Ryabkov qeyd edib ki, ölkəsinin cavab tədbirləri asimmetrik olacaq və bütün təxribat cəhdləri, o cümlədən Rusiya Federasiyasının hərbi obyektlərinə hücumlar yatırılacaq.

“Kiyevin Vaşinqtondan təxribat xarakterli hərəkətlərə görə daim aldığı təşviq, Kiyev rejiminin hərbi təşkilatımızın mühüm hissələrinin normal fəaliyyətini pozmağa cəhd etdiyi ilk hal deyil”, – diplomat vurğulayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*