Çavuşoğlu: “Biz Paşinyanın səmimiliyini təkcə sözdə deyil, əməldə də görmək istəyirik”backend

Çavuşoğlu: "Biz Paşinyanın səmimiliyini təkcə sözdə deyil, əməldə də görmək istəyirik"

“Biz Paşinyanın səmimiliyini təkcə sözdə deyil, həm də əməldə görmək istəyirik”.

KONKRET.az xəbər verir ki,  bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmvətənləri ilə görüşündə deyib.

Ankara İrəvanla normallaşma prosesində Ermənistan tərəfdən “təkcə sözdə deyil, həm də əməldə” səmimiyyət görmək istəyir.

“Biz sülh yolunda səmimi addımların atılmasını gözləyirik. Təəssüf ki, son vaxtlar geriyə addımlar görürük.

Bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan səmimidir. Lakin biz bunu təkcə sözdə deyil, həm də əməldə görmək istəyirik”, – deyə Çavuşoğlu bildirib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı normallaşmaya sadiqdir.

“Mən qardaş, əziz Azərbaycan adından bunu rahatlıqla deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşmaya səmimi və sadiqdirlər”, – Çavuşoğlu deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*