“Azərbaycanın məqsədi 30 ilə yaxındır işğalda olan torpaqlarını geri almaq idi”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, son bəyanata görə, Azərbaycanın bütün torpaqları təkrar geri verilir:
“Türkiyə əvvəldən bildirdi ki, qardaş Azərbaycan torpaqları ilə bağlı hansı həll yolunu seçirsə, biz yanındayıq. Azərbaycanın işğal altında olan torpaqları geri verilmədiyi vaxtda atəşkəs olursa, nə olacaq ki? Qalıcı atəşkəs olmaz, məsələ həllini tapmalı idi. Sonuncu bəyanatla bu məsələ həllini tapdı”.
O qeyd edib ki, prosesdə Rusiyanın da rolu böyükdür.
