Çaypulunu kim icad edib? – MARAQLIbackend

Çaypulunu kim icad edib? – MARAQLI

Bu gün kafe və restoranlarda yəqin ki hər birimiz nəzakət xatirinə bizə xidmət göstərən ofisianta çaypulu veririk. Bu gün əksər ölkələrdə bu jest çox geniş yayılıb.

Bəs gəlin görək çaypulu nə deməkdir?  Bu ifadə haradan dilimizə gəlib çıxıb, onun yaranma tarixçəsi necədir? Çaypulu ənənəsi ilk dəfə İngiltərədə yaranıb. O ölkə ki, bizdə həmişə çayın vətəni kimi assosiasiya doğurur. Söhbət 16-cı əsrdən gedir. İngilislər qonaq gedərkən əksər vaxt həmin yerdə gecələməli olurdular və ona görə də evin və ya otelin xidmətçisi üçün ayrıca pul qoyurdular.

Çaypuluna münasibət bir çox ölkələrdə eyni deyil. Məsələn, ABŞ-da ofisianta çaypulu hesabın 15 və ya 20 faizə bərabər bir məbləğində verilməlidir. Şərqə gəlincə isə, orada, ümumiyyətlə, çaypuluna fərqli yanaşırlar. Yaponiyada çaypulu qəbul edilmir, çox güman ki, ofisiant sizinlə görüşüb pulu qaytarmağa tələsəcək.

Çaypuluna münasibət bir neçə amildən ibarətdir. Burda əsas rolu hər bir ölkənin ənənələri və mədəniyyəti əsas rol oynayır və yaxud dövlətdə iqtisadi vəziyyət və sosial normalar öz sözünü deyir. Davamlı olaraq çaypulu qoyan insanlar isə bunu onlara daha yaxşı xidmət göstərilmək üçün edirlər. Başqa bir səbəb insanın öz işini layiqincə yerinə yetirməsi və ona təşəkkür etmək istəyindən irəli gəlir.

Həm də çox vaxt çaypulu ictimai qınağa məruz qalmamaq üçün qoyulur. Bəziləri isə bu şəkildə sadəcə sosial statuslarını təsdiqləyir.

Çox vaxt ofisiantların bu böyük qazancını ədalətsiz adlandırırlar, o mənada ki, müştəri ilə birbaşa əlaqəsi olmayan aşpazlar öz maaşlarını heç bir şəkildə artıra bilməzlər. Ona görə də bəzi restoranlar əsaslı şəkildə çaypulundan imtina ediblər. Restoran sahibləri hsab edirlər ki, işçinin vicdanla müştəriyə xidmət edəcəyi yaxşı maaş təyin etmək daha ədalətlidir.

Belə bir sistem bütün işçilərin layiqli maaş almaqları üçün münasibdir. Bundan əlavə, daha aydın karyera inkişafı sistemi qurulur. Ümumiyyətlə, bir çox restoran sahiblərinə görə, çaypulundan imtina etməklə gələcəkdə daha  yaxşı xidmət göstərə biləcəklər.

Hazırladı: ELMAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*