Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində üç minik maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə zamanı “BMW”, “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır./report
