Cəmilə Yusifzadə respublika birincisi oldubackend

Cəmilə Yusifzadə respublika birincisi oldu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 17-si keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

KONKRET.az xəbər verir ki, magistraturaya qəbul imtahanlarının II cəhdində 93.5 balla respublika birincisi Cəmilə Yusifzadə olub.

Bu barədə “Azərbaycan universitetləri” məlumat yayıb.

Bildirilib ki, o, ilk cəhdində 90 balla ölkə 2-cisi olmuşdu.

C.Yusifzadə Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*