Çempionlar Liqası: “Qalatasaray” pley-off mərhələsindəbackend

Çempionlar Liqası: “Qalatasaray” pley-off mərhələsində

“Qalatasaray” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

KONKRET.az xəbər verir ki, İstanbul nəhəngi III təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya”nı məğlub edib.

Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenasında da rəqibi məğlub ediblər – 1:0. Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.

“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*