Çempionlar Liqası: “Sabah” nə qədər qazandı?backend

Çempionlar Liqası: “Sabah” nə qədər qazandı?

“Sabah” klubunun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə təmin etdiyi minimum gəlir məlum olub.

KONKRET.az xəbər verir ki, pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşacaq “Bayquşlar” bu mərhələyə adlamaqla artıq ən azı 8,6 milyon avro (təxminən 16,9 milyon manat) qazanmağı zəmanət altına alıb.

Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağı təqdirdə, klub minimum 18,62 milyon avro (təxminən 36,5 milyon manat), pley-offda məğlub olub Avropa Liqasının əsas mərhələsinə düşəcəyi təqdirdə isə pley-offda məğlubiyyətə görə 4,29 milyon avro və Avropa Liqasının qrup mərhələsində iştiraka görə 4,31 milyon avro olmaqla, cəmi 8,6 milyon avro (təxminən 16,9 milyon manat) qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*