Cənubi Koreyada tarixin ən böyük müdafiə sərgisi keçiriləcəkbackend

Cənubi Koreyada tarixin ən böyük müdafiə sərgisi keçiriləcək

Cənubi Koreyada iki ildən bir keçirilən Seul Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi (ADEX) çərşənbə axşamı öz qapılarını açır.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə həmişəkindən daha çox şirkət sərgidə iştirak edəcək.

Məlumata görə, ABŞ-ın B-52 bombardmançı təyyarəsinin də misli görünməmiş keçidi planlaşdırılır.

“Builki sərginin məqsədi Cənubi Koreyaya dünyanın dördüncü ən böyük silah ixracatçısı olmaq məqsədinə nail olmaqda kömək etməkdir”, –  tməlumatda qeyd edilir.

Tədbirdə 54 ölkədən 450-dən çox yüksək rütbəli Müdafiə Nazirliyi rəsmisinin iştirakı gözlənilir.

Qeyd edək ki, Koreya keçən il Polşa ilə tanklar, haubitsalar, hərbi təyyarələr və raketlər üçün böyük sövdələşmələr də daxil olmaqla, rekord həddə 17,3 milyard dollarlıq silah satışını təmin etdikdən sonra bu il müdafiə ixracını 20 milyard dollara çatdırmağı qarşısına məqsəd qoyub.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*