Cənubi Koreya Fukusima nüvə böhranından sonra Yaponiya dəniz məhsullarına idxal qadağasını davam etdirmək qərarına gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Okeanlar və Balıqçılıq naziri Ço Seung-Hvan bildirib:
“Yapon dəniz məhsullarının idxalına icazə verməyi düşünmürük”.
Nazir əlavə edib ki, yuxarıda qeyd olunan yanaşma Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) sazişi ölkələri arasına girmək üçün bir taktika kimi istifadə edilməyəcək.
Digər tərəfdən “Yonhap” agentliyi bildirib ki, Seul administrasiyası Avstraliya, Sinqapur, Meksika, Yaponiya və 11 ölkənin də daxil olduğu “TPP”yə müraciət üçün yerli prosesi başa çatdırmağa hazırlaşır .
Qeyd edək ki, 2011-ci ilin martında baş verən zəlzələ və sunamidən sonra nüvə sızması səbəbindən Cənubi Koreya Fukusima da daxil olmaqla Yaponiyanın 8 əyalətindən dəniz məhsullarının idxalını dayandırıb.
İqbal Rzayev,
KONKRET.az
