“Cərimə balları ümumiyyətlə ləğv edilməlidir” – VACİB AÇIQLAMAbackend

"Cərimə balları ümumiyyətlə ləğv edilməlidir" - VACİB AÇIQLAMA

Azərbaycanda sürücülər üçün tətbiq olunan cərimə balı sisteminin gələcəkdə dəyişdirilməsi, xüsusilə də mövcud limitin artırılması məsələsi zaman-zaman müzakirə olunur.

Bəs cərimə balı həddinin 20 baldan 25 və ya 30 bala qaldırılması yol hərəkətinin təhlükəsizliyinə müsbət təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, cərimə balı limitinin artırılması yol hərəkətinin təşkilinə ciddi müsbət təsir göstərməyəcək.

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

Onun sözlərinə görə, əsas müzakirə mövzusu cərimə ballarının artırılması deyil, əksinə, azaldılması və ya ümumiyyətlə ləğv edilməsi olmalıdır:

“Burada daha çox cərimə ballarının azaldılmasına və ya ləğv edilməsinə ehtiyac var. Yol hərəkətinin təşkilində elə məqamlar mövcuddur ki, cərimə balının tətbiqi sürücü üçün əlavə maliyyə cəriməsindən də artıq risk yaradır. Bu isə bəzi hallarda qayda pozuntusunun ağırlığı ilə adekvat olmayan nəticələrin ortaya çıxmasına səbəb ola bilər. Ümumilikdə cərimə ballarının ləğvi və ya sayının azaldılması daha çox gündəmdə olmalıdır. Bu yanaşma həm sürücülər, həm də yol hərəkətinin təşkili baxımından proseslərə müsbət təsir göstərəcək”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*