Çevriliş baş verən Nigeri kim idarə edir? – Prezident istefa verməkdən İMTİNA ETDİbackend

Çevriliş baş verən Nigeri kim idarə edir? - Prezident istefa verməkdən İMTİNA ETDİ

Niger Prezidenti Məhəmməd Bazum çevrilişdən sonra istefa verməyəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentə yaxın mənbə məlumat verib.

Qeyd olunub ki, üsyançılarla prezident arasında danışıqlar davam edir.

Danışıqların təfərrüatları açıqlanmır.

Məlumata görə, ölkəni kimin idarə etdiyi hələ də bəlli deyil, çünki hərbçilər lider təyin etməyiblər və prezident hələ də istefa verməyib.

Xatırladaq ki, Niger Prezident Qvardiyasının hərbçiləri iyulun 27-nə keçən gecə dövlət başçısının hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. Daha sonra üsyançılara Niger ordusunun komandanlığı dəstək verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*