Ceyhun Əsgərov yeni vəzifəyə təyin olundubackend

Ceyhun Əsgərov yeni vəzifəyə təyin olundu

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

KONKRET.az fed.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb. Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C.Əsgərov www.aznews.az və www.novosti.az informasiya portallarının baş redaktoru kimi çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*